Bakı restoranlarından birində musiqiçilər arasında dava düşüb

Bakı. 20 fevral. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində, "Şərq bazarı" ticarət mərkəzi yaxınlığında yerləşən "Şərq ulduzu" restoranında musiqiçilər arasında dava düşüb.

“Report” xəbər verir ki, 1979-cu il təvəllüdlü sintezator ifaçısı Qasımov Vüqar Mirbala oğlu restoranda keçirilən ziyafətdən sonra öz musiqiçi həmkarı tərəfindən döyülüb.

Nəticədə V.Qasımov kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47