Bakı-Quba yolunda piyadanı maşın vurub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakı-Quba şossesində piyadanı minik avtomobil vurub.

"Report" xəbər verir ki, hadisə yolun Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Qəza 1983-cü il təvəllüdlü Məmmədov Valeh Sənani oğlu yolu keçən zaman baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Digər xəbərlər