Bakı-Quba yolunda piyadanı avtomobil vurub

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə yolun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Rasim Şahvələd oğlu İslamov yolu keçmək istəyən zaman “Toyota” markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47