Bakı-Qazax magistralında avtomobillər toqquşub, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunun Goranboy rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində xəsarət alan, 1969-cu il təvəllüdlü B.Hüseynov və 1981-ci il təvəllüdlü Y.Namazov xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, nəqliyyat vasitələrinin birinin yük yerində olan kartof yola dağılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14