İstintaq təcridxanasında saxlanılan şəxsə anasının gətirdiyi sovqatda heroin aşkarlanıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həbs edilən şəxsə anası tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan idman şalvarının balağındakı rezinə xüsusi üsulla hopdurularaq gizlədilmiş 0,118 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39