Bakı Dövlət Universitetinin Qazax filialında yanğın olub

Qazax. 24 noyabr. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında yanğın hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, ali təhsil müəssisəsinin yeməkxanasında qeydə alına hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. 

İlkin məlumatlara görə, yanğına "piroşki" bişirən aparatda yaranmış qısaqapanma səbəb olub. Yanğın nəticəsində aparat və mətbəxtin 3 kvadratmetr tavan sahəsi yanıb.

Yanğın baş verən zaman yeməkxanada işçilər və tələbələr olub, ancaq hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

Yanğın söndürülüb. 

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47