Bakı dairəvi yolunda qəza olub, "Lökbatan" dairəsi istiqamətində tıxac yaranıb

Yasamal rayonu, Bakı dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən "Lökbatan" dairəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

"Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür", - məlumatda vurğulanıb.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 12 fevral, 2026 / 19:02