Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub - YENİLƏNİB

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Dairəvi-1 yolunda maşının vuraraq öldürdüyü qadının şəxsiyyəti məlum olub.

“Report” xəbər verir ki, bu, 1974-cü il təvəllüdlü Əliyeva Rənuziyə Xıdır qızıdır.

Hadisəni minik avtomobili törədib. Sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


***21:21

Bakı. 27 fevral. REPORT.AZ/ Bakı Dairəvi-1 avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, təxminən 40-45 yaşlı qadın yolun Yasamal rayonu ərazisinə düşən hissəsində naməlum markalı avtomobil tərəfindən vurulub.

Yaralı hadisə yerində keçinib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54