Bakı Beynəlxalq Hava Limanının yaxınlığında tüstülənmə müşahidə olunur - FOTO

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bakının Binə qəsəbəsində, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanının yaxınlığında güclü tüstülənmə müşahidə olunur.

Şahidlərin "Report"a verdiyi məlumata görə, tüstülənmə günorta saatlarından başlayıb. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq hadisənin araşdırıldığı bildirilib.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski "Report"a bildirib ki, tüstülənmə hava limanı ərazisində baş verməyib.

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14