Bakı avtovağzalının yaxınlığında yol qəzası - FOTO

Bakının Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Bakı Dairəvi yolundan Sumqayıt istiqamətinə gedən yol ötürücüsündə qeydə alınıb.

Belə ki, "VAZ-2109" markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47