Babək prospektində yolu keçmək istəyən qadını minik avtomobili vurub

Bakı. 19 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1978-ci il təvəllüdlü Kərimova Mətanət Vaqif qızı Babək prospektində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47