Bakı. 26 may. REPORT.AZ/ Bakının Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində qəza zamanı 1 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, 1962-ci il təvəllüdlü Qurbanov Zəkəriyyə Qurban oğlu prospektin qaranlıq və təmirdə olan hissəsində qəfil yolu keçmək istəyən zaman "Mercedes" markalı avtomobil onu vurub.
Ağır bədən xəsarətləri alan yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.