Oktyabrın 25-də, saat 15:00-da “Azsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyi açıqlanmayıb.