Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “İnterpol” xətti ilə axtarışda olan 40 yaşlı Məmmədov Lətif Fərrux oğlu Ukraynada saxlanılıb.

O, Azərbaycana ekstradisiya olunacaq.

Qeyd edək ki, L.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə axtarışda olub.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39