Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycanda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 17:08:06-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.
Zəlzələnin maqnitudası 3.1, dərinliyi 29 km olub.