Azərbaycanda neft meydançasında qəza zamanı itkin düşən şəxsin meyiti tapılıb

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada oktyabrın 23-də təmir işləri aparılarkən baş vermiş uçqun nəticəsində itkin düşmüş hesab olunan "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinin qaynaqçısı Əbdülhəsən İslam oğlu Hüseynovun cəsədi bu gün saat 09:00 radələrində tapılıb.

SOCAR-dan "Report"a verilən məlumata görə, cəsəd Şirkətin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarılıb.

Xatırladaq ki, qəza zamanı xəsarət almış digər şəxslərə Mərkəzi Neftçilər Xəstəxanasında lazımi tibbi yardım göstərilib və hazırda hamısı evə buraxılıb.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54