Azərbaycanda bu ilin 6 ayı ərzində 746 yanğın olub, 22 nəfər ölüb

Azərbaycanda bu ilin 6 ayı ərzində 746 yanğın olub.

"Report"un xəbərinə görə, yanğın hadisələri zamanı 22 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.

Bu da ötən illə müqayisədə həlak olanların sayının 5 nəfər və ya 19 %, xəsarət alanların sayının isə 22 nəfər və ya 24 % az olması deməkdir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47