Azərbaycanda avtomat silahı 1000 manata satan şəxs tutulub

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanda avtomat silahı satan şəxs saxlanılıb.

"Report" DİN-ə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayon sakini Samir Zülfüqarov "AK" markalı silahı, patron darağını və 11 ədəd patronu 1000 manata satarkən tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47