Azərbaycanda 5 il bundan əvvəl itkin düşən şəxsin yol qəzasında öldüyü məlum olub

Bakı. 7 oktyabr. REPORT.AZ/ Azərbaycanda 5 il bundan əvvəl itkin düşən şəxsin yol qəzasında öldüyü məlum olub. 

"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2011-ci il aprelin 26-da Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin həmin il mayın 11-dən itkin düşmüş kimi axtarılan 61 yaşlı Məhərrəm Hüseynovun olması müəyyənləşib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14