Bakı. 28 dekabr. REPORT.AZ Azərbaycan Cinayət Məcəlləsinin 2 maddəsi ilə axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olan Əli Hüseynli Rusiya Federasiyasının ərazisində saxlanılıb.
Ə.Hüseynli Azərbaycana ekstradisiya edilib.