Azərbaycan Qırğızıstanda "İssık-Kul Antiterror-2018" təlimlərinə hazırlıq üzrə treninqdə iştirak edib

Bakı. 23 avqust. REPORT.AZ/ Qırğızıstanın paytaxtı Bişkekdə MDB ölkələrinin iştirakı ilə keçirilməsi planlaşdırılan "İssık-Kul Antiterror-2018" təlimlərinə hazırlıq üzrə treninq keçirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın xüsusi xidmət orqanlarının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, antiterror təlimlərinin birinci mərhələsi sentyabr ayında MDB-nin 7 üzv dövlətinin ərazisində baş tutacaq. Yekun mərhələ isə Qırğızıstanda keçiriləcək.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54