Azərbaycan dövlətinin "İnterpol" xətti ilə axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan dövlətinin "İnterpol" xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs Ukraynada saxlanılıb.

"Report"un xəbərinə görə, 1985-ci il təvəllüdlü Kamran Adıgözəlovun Azərbaycana ekstradisiya olunması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, K.Adıgözəlov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olub.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14