Azərbaycan dövlətinin “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Polşada saxlanılıb

Bakı. 30 may. REPORT.AZ/ Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi 1972-ci il təvəllüdlü Əfqan Ağayev Polşada saxlanılıb.

“Report”un xəbərinə görə, onun ekstradisiyası üçün tədbirlər davam etdirilir.

Qeyd edək ki, Ə.Ağayev barəsində Azərbaycan Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14