Azərbaycan dövlətinin “İnterpol”un qırmızı xətti ilə axtarışa verdiyi şəxs Minskdə saxlanılıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Azərbaycan dövlətinin “İnterpol”un qırmızı xətti ilə beynəlxalq axtarışa verdiyi 1982-ci il təvəllüdlü Rüfət Səfiyarov Belarusun paytaxtı Minsk şəhərində saxlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, hazırda həmin şəxsin Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Məlumata görə, R.Səfiyarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olub.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54