Azərbaycan Dillər Universitetinin qarşısında qadını avtomobil vurub

Bakı. 5 mart. REPORT.AZ/ Paytaxtın Nəsimi rayonunda qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1961-ci il təvəllüdlü Hüseynova Rəqibə Qara qızı Azərbaycan Dillər Universitetinin qarşısında yolu keçərkən, onu "90-VK-525" dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya aparıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47