"Azəravtoyol" ASC-nin əməkdaşı asfaltçəkən texnikanın altında qalaraq ölüb

Bakı. 1 iyul. REPORT.AZ/ "Azəravtoyol" ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un xəbərinə görə, hadisə Bakının Yasamal rayonunda, "Sovetski" kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39