Azad Rəhimov: "Üç avstriyalı idmançının yaralandığı insidentlə bağlı təhqiqat aparılır"

Bakı. 12 iyun. REPORT.AZ/ "Hazırda istintaq orqanları üç avstriyalı idmançının yaralandığı insidenti araşdırır". "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib. 

Onun sözlərinə görə, hadisə zamanı iki idmançı yüngül xəsarət alıb, üçüncüsü isə dünən Avstriyaya aparılıb. 

"Azərbaycan onun müalicəsini dəstəkləyir. Azərbaycanın Avstriyadakı səfirliyi xəsarət alana bütün mümkün köməyi göstərir və dəstəkləyir", - nazir vurğulayıb. 

A.Rəhimov deyib ki, hazırda yaralı idmançının vəziyyəti sabitdir və o, əməliyyat olunacaq. 

Digər xəbərlər

Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14