Azad edilən ərazilərdə daha 7 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 7 mina aşkarlanıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, yanvarın 30-dan fevralın 4-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 7 mina və 168 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 362 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Xırdalanda 1 yaşlı körpə ölüb 15 yanvar, 2026 / 10:22