Avtomobilin vurduğu velosipedçi öldü

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Şıxbəy kəndi ərazisində Ucar rayon sakini Q.Kərimov idarə etdiyi KİA markalı avtomobillə yolun kənarında velosiped sürən Şəkili kənd sakini Tural Cabbarovu vurub.

Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Ağdamda traktor minaya düşüb 05 sentyabr, 2026 / 23:54
Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37