Bakıda avtomobildən 10 min manata yaxın pulu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakının Xətai rayonunda avtomobildən 9 min 900 manat oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli  törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı X.Mustafayev saxlanılıb. 

Araşdırma aparılır.

Digər xəbərlər

Gəncədə ev yanıb, ölən var 26 mart, 2026 / 10:51