Avtomobil qəzasında yaralanan Şəmkir sakini ölüb

Şəmkir rayonunda avtomobil qəzasında xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.

“Report”un Qərb bürosunun məlumatına görə, mayın 12-də baş vermiş qəzada yaralanan İlkin Əhməd oğlu Alıyev xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə “Nissan” markalı avtomobilin maneə çırpılması nəticəsində olub. Qəzada daha 1 nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda qadın dənizdə boğulub 13 iyul, 2026 / 10:56