Xəzər dənizində itkin düşən balıqçıların axtarışına helikopter cəlb olunub

Xəzər dənizində itkin düşdükləri ehtimal edilən balıqçılar - Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.

Bu barədə "Report"un Cənub bürosu xəbər verir.

Bildirilib ki, onlar dekabrın 9-da Astara rayonunun Şahağac kəndindən balıq tutmaq üçün Xəzər dənizinə çıxıb və geri qayıtmayıblar. Artıq balıqçıların axtarışlarına Fövqəladə Hallar Nazirliyinə məxsus helikopter başlayıb.

Digər xəbərlər

Ağdamda ev, Goranboyda ferma yanıb 01 fevral, 2026 / 14:38