Astarada 71 yaşlı kişi öldürülüb, oğlu saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB

Avqustun 1-də saat 10:50 radələrində Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Bu barədə "Report"a Astara Rayon Prokurorluğundan məlumat verilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi istiqamətdə istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Nəticəsi barədə əlavə məlumat veriləcək.

14:03

Astarada 71 yaşlı Qubad Əliyevi öldürməkdə şübhəli bilinən və hadisə yerindən qaçan oğlu Rəşad Əliyev saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

12:01

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu, 1977-ci təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb.

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Digər xəbərlər

Cəlilabadda ev təmamilə yanıb 27 iyun, 2026 / 12:04
Kadir İnanır vəfat edib 26 iyun, 2026 / 19:30