ANAMA azad edilmiş ərazilərdə daha 9 mina aşkarlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə yanvarın 5-dən 7-dək daha 9 mina aşkarlayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, həmin müddət ərzində Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə idə 7 mina və 203 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 195 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Digər xəbərlər

Ordubadda qaya uçqunu olub 31 mart, 2026 / 12:15