Almaniyada zəncirvari yol qəzası baş verib, 2 nəfər ölüb, 19-u yaralanıb

Bakı. 1 yanvar. REPORT.AZ/ Almaniyada zəncirvari yol qəzası baş verib.  

“Report” “Ren TV”yə istinadən xəbər verir ki, hadisə Şlezviq-Holstein əyalətindəki Eitxal şəhəri yaxınlığında qeydə alınıb. 

Belə ki, qatı duman səbəbindən 6 avtomobil toqquşub. Nəticədə biri uşaq olmaqla 2 nəfər ölüb, 19 nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 19 fevral, 2026 / 17:41