“Akkord”un işçisini avtomobil vurub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 38 yaşlı kişi işdən evə gedərkən onu avtomobil vurub.

"Report"un xəbərinə görə, hadisə Pirşağı qəsəbəsində baş verib.

Yolu keçmək istəyən 1978-ci il təvəllüdlü Ağacanov Elxan Kərəm oğlunu avtomobil vurub. Sürücü ərazidən qaçıb.

Ağır xəsarət alan E.Ağacanov "Təcili yardım" maşını ilə xəstəxanaya çatdırılıb.

Məlumata görə, E.Ağacanov Pirşağı qəsəbəsində "Akkord" şirkətlər qrupuna məxsus müəssisədə işləyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Lerikdə zəlzələ olub 17 sentyabr, 2026 / 16:14
İmişlidə zəlzələ olub 16 sentyabr, 2026 / 22:50
Bakıda avtomobil yanıb 16 sentyabr, 2026 / 02:45