Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 16 noyabr. REPORT.AZ/ Ağsu rayonunda iki avtomobil toqquşub nəticədə avtomobildə olan sərnişinlər ölüb.

"Report" un məlumatına görə, Ağsu rayonunun Padar kəndində rayon sakini Anar Osmanovun idarə etdiyi "Niva" markalı avtomobillə Cəbrayıl rayon sakini Rövşən Behbudovun idarə etdiyi "Mercedes" markalı avtomaşın toqquşub. Qəza zamanı "Niva" markalı avtomobildə olan sərnişin Əhməd Məmmədov, "Mercedes" markalı avtomobildə olan Oğuz rayon sakini Rasim Əliyev hadisə yerində ölüb, hər iki avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14