Ağsuda narkotikin təsiri altında “KamAZ” sürən şəxs saxlanılıb

Ağsu rayonunda narkotikin təsiri altında “KamAZ” sürən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Elmin Azəroğlu idarə etdiyi “KamAZ” markalı avtomobil ilə şəhər ərazisində qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, E.Azəroğlunun narkotik vasitə istifadə etdiyi məlum olub.

Onun barəsində protokol tərtib edilərək 400 manat cərimə olunub.

Digər xəbərlər