Ağsuda mağazdan oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də şəhər ərazisindəki mağazaların birindən 1 655 manat oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş R.Soltanov saxlanılıb.