Ağsu rayonunda fərdi yaşayış evi yanıb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bico kəndində Namiz Dadaşova məxsus 80 kvadratmetrlik iki otaqlı evdə baş verib.
Əraziyə Ağsu rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 10 nəfərlik şəxsi heyəti cəlb olunub. Yanğın söndürülüb.
Qeyd edək ki, evin iki otağından birində 30 ədəd (450 kiloqram) ot bağlaması olub.
Yanğının səbəbləri araşdırılır.