Ağsu rayonunda dağlıq ərazidə yanğın başlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, yanğın rayonun Keşdiməz kəndi ərazisində, dağlıq ərazidə baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
İlkin məlumata əsasən, dağlıq ərazidə 10 hektar sahədə quru ot və kol-kos yanır.
Hazırda yanğının söndürülməsi istiqaməti üzrə işlər davam etdirilir.
Əlavə məlumat veriləcək.