Ağsuda avtobus minik avtomobili ilə toqquşub, ölən var

Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

Belə ki, "VAZ 2107" markalı avtomobillə "Ford" markalı sərnişin avtobusu toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Ağsu rayon sakini 38 yaşlı İsmayılov Ramil Kamil oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54