Ağsuda atın yüyəni 15 yaşlı oğlanın boğazına dolaşaraq onu boğub

Bakı. 5 may. REPORT.AZ/ Ağsu rayonunun Şahbəyli kəndində yeniyetmə bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilib.

"Report"un xəbərinə görə, 2002-ci il təvəllüdlü, Həşimov Həmzə Seymur oğlu at sürərkən heyvanın yüyəni onun boynuna dolaşıb. Nəticədə H.Həşimov boğulma vəziyyətində atdan yerə yıxılıb.

Yaxınları onu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər.

Ağsu rayon Polis şöbəsində hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47