Ağstafada sərxoş vəziyyətdə yıxılan kişi ölüb

Ağstafada sərxoş vəziyyətdə olan kişi yıxılaraq ölüb.

"Report" xəbər verir ki, 1970-ci il təvəllüdlü Fazil Vaqif oğlu Rəhimov yaşadığı evdə yıxılan zaman başı qapı çərçivəsinə dəyib.

Xəstəxanaya yerləşdirilmiş F.Rəhimov orada ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14