Ağstafada "Niva" aşıb, sürücü xəsarət alıb

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1981-ci il təvəllüdlü Şahmar Ağayev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı əvvəlcə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb. İlkin tibbi yardım aldıqdan sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45