Ağstafada kafedə çalışan qadın bıçaqlanıb.
"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü E.Kiçikova kafedə bıçaq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Qadına şəxsi münasibətlər zəminində kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.