Ağstafa rayonunun Dağ Kəsəmən kəndində baş verən qətlin təfərrüatları məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, gecə saatlarında kənd sakinləri olan, 28 yaşlı Tural Heydanov ilə 43 yaşlı Hürriyyət Şəmilov arasında şəxsi münasibətlər zəminində əlbəyağa dava olub.
Bu zaman T.Heydanov bıçağa əl ataraq H.Şəmilovu bıçaqlayıb.
O, ağır halda Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Münaqişə zamanı T.Heydanov da başından xəsarət aldığı bildirilir.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Saxlanılan Tural Heydanov müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib, cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
***03:53
Ağstafa rayonunda qətl hadisəsi törədilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Heydanov Tural Misir oğlu ilə 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilov Qavrel oğlu arasında dava olub. Dava zamanı tərəflər bir-birlərinə bıçaq xəsarətləri yetiriblər.
Nəticədə H.Şəmilov ölüb, T.Heydanovun saxlanıldığı bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Cinayətin başvermə səbəbləri isə hələ ki, məlum deyil.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.