Ağstafada avtomobil elektrik dirəyinə çırpılıb, xəsarət alanlar var

Ağstafa rayonunun Dağ Kəsəmən kənd ərazisində yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində Ağstafa rayon sakini, 1996-cı il təvəllüdlü M.Qocayeva və C.Namazov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda avtomobil körpüdən aşıb 11 noyabr, 2026 / 11:05