Ağstafada avtomobil aşıb, xəsarət alanlar var

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qıraq Kəsəmən kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2005-ci il təvəllüdlü Jalə Əhmədli, 2005-ci il təvəllüdlü Aqşin Əhmədli və avtomobilin sürücüsü, 2004-cü il təvəllüdlü Həsən Əhmədli xəsarət alıblar.

Zərərçəkənlər Ağstafa Mərkəzi Rayon Xəstəxanasına aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Bakıda evdə partlayış olub 09 dekabr, 2025 / 11:04