Ağstafada avtomobil ahıl kişini vuraraq öldürüb

Ağstafa rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1932-ci il təvəllüdlü Rəhim Rəhimovu avtomobil vurub.

Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda yol çöküb 21 noyabr, 2026 / 09:18